SON XƏBƏRLƏR

Xuzistanda polis avtomobilə atəş açdı - 7 yaşlı uşaq həlak oldu

2025.10.20, 10:09
Xuzistanda polis avtomobilə atəş açdı - 7 yaşlı uşaq həlak oldu

İranın Xuzistan əyalətinin Huveyzə şəhəridə polis qüvvələrinin açdığı atəş nəticəsində 7 yaşlı Zülfüqar Şərifi adlı uşaq ölüb, azyaşlı bacısı isə ağır yaralanıb.

Gunaz.tv

Bununla bağlı "Karun" insan haqları təşkilatı məlumat yayıb.

Məlumata görə, hadisə yeni qurulmuş nəzarət-keçid postunda olan polislərin minik avtomobilinə xəbərdarlıq etmədən açdıqları atəş nəticəsində baş verib.

İnsan haqları təşkilatının bildirdiyinə görə, polis və təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb, Zülfüqar Şərifinin ailəsini məsələni ictimailəşdirməməsi üçün təhdid ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar