SON XƏBƏRLƏR

Kərim İsmayılzadə həbs edilib

2025.10.20, 13:00
Kərim İsmayılzadə həbs edilib

Təbrizdə yaşayan milli fəal Kərim İsmayılzadə həbs edilərək Təbriz həbsxanasına köçürülüb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, oktyabrın 18-də Təbriz Prokurorluğunun 10-cu bölməsinə çağırıldıqdan sonra saxlanılıb.

Ona qarşı irəli sürülmüş "yalan məlumatlar yaymaqla ictimai rəyi təhrik etmək" ittihamına görə həbs olunduğu bildirilib.

İsmayılzadə bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar