SON XƏBƏRLƏR

Edama yox!- İran parlamenti qarşısında etiraz aksiyası keçirilib

2025.10.20, 13:23
Edama yox!- İran parlamenti qarşısında etiraz aksiyası keçirilib

Bazar günü oktyabrın 19-da edama məhkum edilmiş məhbusları ailələri Tehranda İran parlamenti qarşısında etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

"Edama yox", "edamı dayandırın" plakatları qaldıran etirazçılar, ölüm hökmlərinin icrasının dayandırılmasını və məhkumların işinə yenidən baxılmasını tələb ediblər.

Dinc etiraz aksiyasını dağııtmaq üçün hadisə yerinə gələn polis qüvvələri etirazçılara qarşı zort tətbiq edib, bir neçə nəfər yaralanıb.

Bunda əvvəl isə Kərəcin Qızılhisar həbsxanasında saxlanılan 1500-dən çox məhbus edam hökmlərinin dayandırılması tələbi ilə 6 günlük aclıq aksiyası keçiriblər.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 1165 nəfər edam edilib, onlardan 33-ü qadındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar