Bu haqda İeanın "Ruydad 24" xəbər saytı məlumat yayıb.
"Süd və ət istehlakının azaldılmasından meyvə və tərəvəz çatışmazlığına qədər, ölkədəki qida böhranı ictimai sağlamlıq və ailə büdcəsi üçün ciddi problemə çevrilib",- məlumatda bildirilib.
İran Səhiyyə Nazirliyinin bölmə rəisi Əhməd İsmayılzadə də "Ruydad 24"ə verdiyi açıqlamada faktı təsdiq edib:
"Ölkədə illik ölüm sayı 400-420 min nəfər civarındadır və bunun əhəmiyyətli hissəsi normal qıdalanmamaqla bağlıdır".
Məlumatda bildirlib ki, süd məhsulları, ət, meyvə və tərəvəz istehlakının azalması, uşaqlar və hamilə qadınlar arasında piylənmənin artması, zəruri vitamin və mineralların çatışmazlığı ölkə vətəndaşlarının sağlamlında və gələcək nəsillər üçün ciddi təhlükə yarada biləcək yeni böhrana səbəb olub.
GünazTV