SON XƏBƏRLƏR

İran həbsxanalarında yenidən aclıq aksiyası keçirilir

2025.10.21, 16:06
İran həbsxanalarında yenidən aclıq aksiyası keçirilir

Bu gün oktyabrın 21-i səhər saatlarından başlayaraq İranın 52 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 91-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1175 məhbus edam edilib, onlardan 33-ü qadındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar