SON XƏBƏRLƏR

Beynəlxalq Bəhai İcması İranla bağlı bəyanat yaydı - Təzyiqlər artıb

2025.10.22, 12:19
Beynəlxalq Bəhai İcması İranla bağlı bəyanat yaydı - Təzyiqlər artıb

Son iki gün ərzində İranın bir neçə şəhərində islam dininin bəhai təriqətinə mənsub 22 şəxsin evinə hücum edilib, axtarış aparılıb və 10 nəfər həbs edilib.

Gunaz.tv

Bu haqda Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Beynəlxalq təşkilat bəhailərə qarşı təzyiqlərin atmasına görə bəyanat yayaraq, beynəlxalq ictimaiyyətdən yardım istəyib:

"Yeni təzyiq dalğasının başlaması İranda bəhailərə qarşı artan mütəşəkkil repressiya tendensiyasının bir hissəsidir. Beynəlxalq ictimaiyyəti və insan haqları müdafiəçilərini İranda bəhailərin hüquqlarının pozulmasının dayandırılması üçün tədbirlər görməyə çağırırıq".

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Ötən illər ərzində İranda dini azlıqlara qarşı təzyiqlərlə bağlı hesabatların 72%-i bəhailərlə bağlı hüquq pozuntuları ilə əlaqəlidir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar