SON XƏBƏRLƏR

Son 1 ayda İranda 280 məhbus edam edilib

2025.10.23, 14:23
Son 1 ayda İranda 280 məhbus edam edilib

23 sentyabrdan 22 oktyabra qədər olan 1 ay ərzində İran həbsxanalarında 280 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bu müddət ərzində ən çox edam sayı oktyabrın 22-də qeydə alınıb və 1 gün ərzində 28 məhbus dar ağacından asılıb.

Bununlada cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1188-ə çatıb, onlardan 33-ü qadındır.

Edam sayının artması BMT-nin Baş kaibi Antonio Quterreşin də reaksiyasına səbəb olub.

O, BMT-nin oktyabrın 21-də Baş Assambleyaya təqdim etdiyi son hesabatda İranda insan haqları ilə bağlı vəziyyətin acınacaqlı olduuna diqqət çəkib.

Baş katib, edamların artması, məhbuslara işgəncə verilməsi, azlıqlara qarşı repressiyalar və vətəndaş azadlıqlarına artan məhdudiyyətlər barədə xəbərdarlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar