SON XƏBƏRLƏR

Almaniya və Britaniya Atlantik okeanında Rusiyanın sualtı qayıqlarını izləyəcəklər

2025.10.24, 11:57
Almaniya və Britaniya Atlantik okeanında Rusiyanın sualtı qayıqlarını izləyəcəklər

Almaniya Hərbi Dəniz Qüvvələrinin təyyarələri Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarını "izləmək" üçün şimali Atlantika üzərində Britaniyanın Hərbi Hava Qüvvələrinin missiyasına qoşulacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

"Böyük Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını birgə izləyəcəklər. Növbəti aylarda Almaniya Hərbi Dəniz Qüvvələrinin "Boeing P-8 Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarələrindən biri şimali Atlantikada Britaniyanın Hərbi Hava Qüvvələri ilə gələcək birgə əməliyyatları ərəfəsində ilk dəfə Lossimuta (Britaniyanın Hərbi Dəniz Qüvvələrinin bazası-red) gedəcək", - açıqlamada bildirilir.

Daha əvvəl "The Times" Britaniyanın Hərbi Dəniz Qüvvələrinin süni intellekt texnologiyasından istifadə edərək Rusiya sualtı qayıqlarının hərəkətlərini izləməyi planlaşdırdığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar