SON XƏBƏRLƏR

"Səhər"Azərbaycanı ittiham etdi - Uşaq qatillərinə...

2025.10.25, 10:49
"Səhər"Azərbaycanı ittiham etdi - Uşaq qatillərinə...

Xaməneinin ofisinə bağlı kanal, məlumatı "Azərbaycanın uşaq qatillərinə daha bir xidməti" başlığı altında xəbər yayıb:

Gunaz.tv

"Analitiklərə görə, bu o deməkdir ki, Azərbaycan islam və türk cəbhəsini yarır, düşmən cəbhəsində yer alır".

İranın dini lideri Əli Xameneinin ofisinə bağlı və İranın siyasi-ideoloji təbliğat vasitəsi olan "Səhər" kanalı Azərbaycana qarşı yeni “ittihamla” çıxış edib.

Hər zaman Azərbaycanı hədəfə alan kanal bu dəfə də Bakını İsrailə kömək etməkdə ittiham edib.

Kanal Türkiyənin Qəzzada yerləşdiriləcək çoxmillətli qüvvələrin komandanlığından kənarlaşdırılmasından sonra bu işin İndoneziya və Azərbaycana həvalə ediləcəyini İsrailə dəstək kimi qələmə verib.

“Səhər” məlumatı "Azərbaycanın uşaq qatillərinə daha bir xidməti" başlığı altında yayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar