SON XƏBƏRLƏR

İran prezidentinin müavini Azərbaycan adını təhrif etdi

2025.10.25, 11:13
İran prezidentinin müavini Azərbaycan adını təhrif etdi

İran prezidenti Məsud Pezeşkianın Urmiyaya səfəri çərçivəsində keçirdiyi görüş zamanı onun müavini Məhəmməd Cəfər Qaempənahın Qərbi Azərbaycan əyalətinin adını təhrif etməsi azərbaycanlı sosial media istifadəçilərinin geniş etirazı ilə qarşılaşıb.

Gunaz.tv

Bu haqda yerli sosial media kanalları məlumat yayıb.

Yayılan videolarda icra işləri üzrə vitse-prezident və Prezident Administrasiyasının rəhbəri Məhəmməd Cəfər Qaempənah Qərbi Azərbaycan əyalətini "Qərbi Azər" əyaləti adlandırır.

Əslən Kirmanşahdan olan miliyyətcə kürd vtse-prezident, çıxışının davamında isə "Urmiya əyaləti" ifadəsindən istifadə etsə də, prezident və görüşdə iştirak edən başqa rəsmilər və millət vəkilləri onun bu ifadələrinə irad bildirmirlər.

Qeyd edək ki, uzun illərdir kürd millət vəkilləri Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilərək "Urmiya əyaləti" adlandırılmasını tələb edirlər.

Bu, xüsusən keçmiş prezident Həsən Ruhani dövründə daha geniş gündəmə gəlib və Ruhani Urmiyaya səfəri zamanı Qərbi Azərbaycanı "Urmiya əyaləti" adlandırıb.

Cari ildə isə kürd təşkilatları və onları tərəfdarları ziyalıları Qərbi Azərbaycanın "urmiya əyalətinə" çevrilməsi üçün imza kampaniyası başladıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar