SON XƏBƏRLƏR

"Traktor" kirmanlıları məyus etdi - 5:0

2025.10.26, 13:36
"Traktor" kirmanlıları məyus etdi - 5:0

İran Premyer Liqasının 8-ci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası ilə Kirman əyalətinin Sircan şəhərinin "Qolqohər" komandası qarşılaşıb.

Gunaz.tv

Oyun oktyabrın 25-i yerli vaxtla saat 17-də Sircan şəhərində keçirilib.

Təbriz təmsilçisi qarşılaşmanın ilk yarısında 2, ikinci yarısında isə 3 qol vurmaqla 5:0 hesabı ilə rəqib komandanı məğlub edib.

Bununla da Təbriz təmsilçisi 7 oyundan 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

İran mediası "Traktor"un qələbəsini "Təbrizlilərin Premyer Liqada çempionluğunu təkrarlamaq əzmi" başlığı ilə yayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar