SON XƏBƏRLƏR

Ribakov: İran və Rusiya əməkdaşlığı dahada genişləndirməlidir

2025.10.28, 12:26
Ribakov: İran və Rusiya əməkdaşlığı dahada genişləndirməlidir

Ölkələrimiz arasında etimadsızlığın olmasına inanmıram, biz ağır bir mərhələdəyik və hər zamankından daha çox əməkdaşlıq etməliyik.

Gunaz.tv

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ribakov İRNA xəbər agentliyinə verdiyi müsahibədə deyib.

"Rusiya İranla iqtisadiyyat, maliyyə, nəqliyyat və nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır",- o əlavə edib.

Qeyd edək ki, bu açıqlamalar Tehranda Rusiyanın İranın xarici siyasətindəki mövqeyi ilə bağlı yeni siyasi müzakirələrin getdiyi bir vaxtda verilib.

Son günlərdə İranın keçmiş prezidenti Həsən Ruhaninin sosial mediada yayımlanan videosunda o bildirib ki, 2010-cu ildən bəri BMT Təhlükəsizlik Şurasının sanksiyaları dövründə hətta Rusiya və Çin də İrana qarşı sanksiya qətnamələrinə səs veriblər.

Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də Tehranda keçirilən konfransda bildirib ki, Moskva nə İranın dünya ilə normal münasibətlər qurmasını, nə də digər ölkələrlə birbaşa qarşıdurmaya girməsini istəmir.

Keçmiş prezident və nazirin fikirləri isə İranda xüsusən hakimiyyətin mühafizəkar kəsiminə bağlı şəxslərin etirazları ilə qarşılaşıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da məsələyə münasibət bildirib və Ruhani ilə Zərifi "Rusiya ile strateji iş birliyinə zərər vurmaq"da günahlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar