SON XƏBƏRLƏR

Təbrizdə tibb bacıları etiraz eyləmi keçirib

2025.10.30, 13:25
Təbrizdə tibb bacıları etiraz eyləmi keçirib

Tibb bacıları günündə həyata keçirilən etirazda tibb bacıları istəklərinin yerinə yetirilməsini tələb ediblər.

Gunaz.tv

Bu barədə Abbas Lisani məlumat səhifəsindən bildirilib.

Şərqi Azərbaycan valisi və Təbriz Əczaçılıq Fakültəsində Tibb Elmləri Universitetinin rektorunun iştirakı ilə keçirilən Tibb Bacıları Günü qeyd etmə mərasimində bir qrup tibb bacısı etirazlarını nümayiş etdiriblər.

Etiraz plakatları qalıdıran tibb bacıları səhiyyə sistemində hökm sürən ayrı-seçkiliyə və sərt iş şəraitinə etiraz ediblər.

Qeyd edək ki, daha əvvəl də səhiyyə işçiləri bənzər tələblərlə etiraz eyləmi keçirmişdilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar