SON XƏBƏRLƏR

MOSSAD: SEPAH komandirləri Əli Xameneini qərar qəbuletmə prosesindən uzaqlaşdırıb

2025.10.31, 13:04
MOSSAD: SEPAH komandirləri Əli Xameneini qərar qəbuletmə prosesindən uzaqlaşdırıb

SEPAH-ın iki yüksək rütbəli komandiri Məhəmməd Hicazi və Məhəmməd Pakpur Əli Xameneini qərar qəbuletmə prosesindən faktiki olaraq kənarlaşdırıblar və müstəqil şəkildə qərarlar qəbul edirlər.

Gunaz.tv

Bu iddia ilə sosial mediada MOSSAD-a aid edilən rəsmi hesabda məlumat paylaşılıb.

Mesajda deyilir: “Hadisə yerindəki əməliyyatçılarımız bildirirlər ki, Hicazi və Pakpur “Lider” adlandırdıqları şəxsi vəziyyətdən xəbərdar etmirlər və müstəqil şəkildə qərarlar qəbul edirlər. Onlar onunla danışmağın faydasız olduğunu başa düşürlər və bu səbəbdən əvəzedici direktorlar şurası yaradıblar.

Onlar “Lider”ə hər şeyin əla olduğunu deyirlər - hava hücumundan müdafiə sistemi yerindədir, buraxılış qurğuları hazırdır və ölkənin bütün imkanları var.”

 

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar