SON XƏBƏRLƏR

Azərbaycanlılar "İran Musiqi Alətləri Festivalı"na maraq göstərmirlər

2025.11.01, 11:36
Azərbaycanlılar "İran Musiqi Alətləri Festivalı"na maraq göstərmirlər

Anti-türk İranşəhri hərəkatının təzyiqi ilə Təbrizdə keçirilən "İran Musiqi Alətləri Festivalı" Azərbaycan xalqı tərəfindən maraqla qarşılanmayıb.

Gunaz.tv

Azər Əncümənin məlumatına görə tədbir insanlar tərəfindən o qədər etinasız qarşılanıb ki, proqram Media və İncəsənət Kampusunun 500 yerlik zalında keçirilib və hətta bu zal belə doldurula bilinməyib.

Ekspertlər hesab edirlər ki, bu cür proqramlar Təbrizdə qondarma “İranşəhri” hərəkatının təzyiqi altında keçirilir. Bu cərəyan Azərbaycan türk dili, musiqisi və mədəniyyəti ilə bağlı hər hansı bir tədbirə qarşı həmişə mövqe tutub və media təbliğatı vasitəsilə Azərbaycanda milli kimliyin böyüməsinə və çiçəklənməsinə mane olmağa çalışıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar