SON XƏBƏRLƏR

SEPAH Haniyənin raket atəşi nəticəsində öldürüldüyünü etiraf edib

2025.11.03, 11:33
SEPAH Haniyənin raket atəşi nəticəsində öldürüldüyünü etiraf edib

SEPAH ötən il Tehranda sui-qəsd nəticəsində öldürülən HAMAS lideri İsmayıl Haniyənin qətlində daxili xəyanət olmadığını deyib.

Gunaz.tv

SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini Haniyənin yatağının altına bomba qoyulması versiyasını təkzib edib.

Onun sözlərinə görə, Haniyə telefon danışığı aparan zaman raket atəşinə məruz qalıb.

Naini Haniyənin öldürülməsinin SEPAH-ın daxilində xəyanət və ya təxribat nəticəsində olmadığını bildirib və HAMAS liderinin telefon siqnallarının onun olduğu yerin koordinatlarını aşkar etdiyini, raketlə hədəfə alındığını qeyd edib.

SEPAH-ın sözçüsü əlavə edib ki, Haniyə Qətərdə və ya Tehranın küçələrində də öldürülə bilərdi, lakin onun SEPAH-ın qonaq iqamətgahında öldürülməsi sırf bu hərbi qurumun nüfuzuna zərbə vurmağa hesablanmış bir addım olub.

Qeyd edək ki, HAMAS-ın sabiq lideri İsmayıl Haniyə 31 iyul 2024-cü ildə Tehranda sui-qəsd nəticəsində öldürülüb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar