SON XƏBƏRLƏR

Britaniyalı zabitdən təhlükə siqnalı: Rusiya hazırlaşır!

2025.11.03, 12:35
Britaniyalı zabitdən təhlükə siqnalı: Rusiya hazırlaşır!

Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının keçmiş rəisi Nikolas Hyuton parlamentdə çıxışı zamanı ölkənin müdafiə büdcəsinin artırılmasına çağırış edib.

Gunaz.tv

Günaz TV "Global İnfo"ya istinadən xəbər verir ki, bu barədə “Ekspress” qəzeti məlumat yayıb.

Hyuton bildirib ki, Rusiya səfərbər edilmiş orduya, geniş strateji resurslara və çağırışlara uyğunlaşdırılmış iqtisadiyyata sahibdir, buna görə də Qərb ölkələri, xüsusilə Böyük Britaniya milli təhlükəsizliyə daha çox diqqət yetirməlidir.

“NATO və xüsusilə Böyük Britaniya sosial müavinətləri milli təhlükəsizlikdən üstün tutmağa davam edir”, – Hyuton vurğulayıb.

O, müdafiə sektorunun maliyyələşdirilməsinin səviyyəsini “dəhşətli dərəcədə az” adlandırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar