SON XƏBƏRLƏR

May Sato siyasi məhbuslara görə İrana müraciət etdi

2025.11.06, 16:13
May Sato siyasi məhbuslara görə İrana müraciət etdi

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato, İran hökumətini 6 siyasi məhbus barədə çıxarılan edam hökmünü ləğv etməyə çağırıb.

Gunaz.tv

O, bu haqda özünün X səhifəsində paylaşım edib.

Sato, Babək Əlipur, Vəhid Bəni Amerian, Əkbər Daneşvərkar, Puya Qubadi, Əbülhəsən Müntəzir və Məhəmməd Nəqəvinin işgəncələrə məruz qaldıqları və ədalətsiz məhkəmədə mühakimə olunduqlarını yazıb.

O, İran hakimiyyətini edamları dərhal dayandırmağa və növbəti addım olaraq ölüm hökmünün qanunda və praktikada tamamilə ləğvi üçün tədbirlər görməyə çağırıb. 

Qeyd edək ki, adı çəkilən məhbuslar hökumətə müxalif "İran Xalq Mücahidləri Təşkilatı"na üzv olmaqda günahlandırılıblar.

Qeyd edək ki, İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.

Bununlayanaşı siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar