SON XƏBƏRLƏR

İranlı gənc terror planına görə Amerikada həbs edilib

2025.11.07, 13:33
İranlı gənc terror planına görə Amerikada həbs edilib

Amerika polisi Amerika vətəndaşı olan tanınmış iranlı şair Racer Sədarətin oğlu Maylo Sədarəti ötən həftə Miçiqanda İŞİD-dən ilhamlanan terror planında iştirak şübhəsi ilə həbs edib.

Gunaz.tv

Bu haqda "New York Post" məlumat yayıb.

Məlumata görə, o, Nyu Cersey ştatının Montklair şəhərində atasının evində saxlanılıb.

Onunla birgə 19 yaşlı Tomas Kan Gözəl adlı başqa bir gəncin də həbs edildiyi bildirilib.

Gözəlin Nyuark Beynəlxalq Hava Limanında Türkiyəyə uçmazdan əvvəl saxlanıldığı qeyd olunub.

İki gəncin həbsi Federal Təhqiqat Bürosu (FTB) və Nyu-York Polis Departamentinin Kəşfiyyat Bürosunun birgə araşdırmasından sonra baş verib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar