SON XƏBƏRLƏR

Heqset: Təchizat yolları və anbarlar Amerikaya mümkün hücumun hədəfi olacaq

2025.11.08, 10:18
Heqset: Təchizat yolları və anbarlar Amerikaya mümkün hücumun hədəfi olacaq

Amerikaya mümkün hücumun hədəfləri təchizat yolları, anbarlar və informasiya sistemləri olacaq.

Gunaz.tv

Bunu Pentaqon rəhbəri Pit Heqset sənaye liderləri, hərbi rəhbərlər və hökumət rəsmilərinin qarşısında çıxışı zamanı bildirib.

"Biz yalnız logistikamız bizi dəstəklədiyi müddətdə döyüş apara bilərik. Rəqiblərimiz bunu bilirlər və təşkilatlanmağımızı pozmaq üçün təchizat yollarımıza, limanlara, aerodromlara, anbarlara və informasiya sistemlərimizə hücum edəcəklər", – deyə Heqset vurğulayıb.

Bundan əlavə, o bildirib ki, zərurət yaranarsa, Amerika mövcud resursları ilə müharibəyə girəcək və qələbə qazanacaq. Onun sözlərinə görə, Vaşinqtonun ixtiyarında dünyanın ən yaxşı və ən güclü silahları var.

Bundan əvvəl Amerika Prezidenti Donald Tramp "USS George Washington" aviadaşıyıcısında hərbçilər qarşısında çıxışı zamanı Amerikanın tarixdəki ən güclü və qüdrətli silahlı qüvvələrə sahib olduğunu bəyan etmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar