6 noyabr tarixində bir qrup Azərbaycan milli fəalı bu yaxınlarda həbsdən azad edilmiş milli fəal Kərim İsmayılzadə ilə görüşməyi planlaşdırırdı. Ancaq təhlükəsizlik işçiləri maneələr yaratmaqla bu fəalların bəzilərinin Kərim İsmayılzadə ilə görüşməsinə mane olublar.