SON XƏBƏRLƏR

Tramp: Fransa Amerikaya Çindən yaxşı münasibət bəsləmir

2025.11.11, 11:26
Tramp: Fransa Amerikaya Çindən yaxşı münasibət bəsləmir

Amerika Prezidenti Donald Tramp bildirib ki, Fransa rəhbərliyi onun ölkəsinə çinlilərdən daha yaxşı yanaşmır.

Gunaz.tv

Ağ Ev rəhbəri fikirlərini "Fox News" telekanalına müsahibəsində açıqlayıb.

O, bir daha əmin edib ki, Amerika hökuməti çinli tələbələrin Amerikaya təhsil almaq üçün gəlmələrinə mane olmayacaq.

"Sülhlə anlaşmaq istəyirəm", - Tramp deyib.

Buna cavab olaraq aparıcı Çin hökumətinin "nəzarət apardığını" və Amerikadan "əqli mülkiyyəti oğurladığını" iddia edərək, çinlilərin "fransızlar olmadığını" qeyd edib.

"Siz düşünürsünüz ki, fransızlar daha yaxşıdır? Elədir? Qeyd edim ki, buna o qədər də əmin olmazdım. Fransızlarla bir çox problemimiz var; haqsız olaraq texnoloji (məhsullarımıza) vergi qoydular, Amerika məhsullarına 25 faiz vergi tətbiq etdilər", - Amerika Prezidenti deyib.

O, bir çox müttəfiqlərin Amerika ilə ticarətdən Çindən daha çox fayda götürdüyünü də vurğulayıb.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar