SON XƏBƏRLƏR

Türkiyə hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb

2025.11.11, 17:46
Türkiyə hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb

Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması faktı ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.

Gunaz.tv

Onun paylaşımında deyilir:

"Azərbaycan­dan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.

Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.

Əziz millətimizə keçmiş olsun".

16:58

Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya düşməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə araşdırma başlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sözügedən maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.

16:34

Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar