SON XƏBƏRLƏR

Urmulu bəhai fəal həbs edilib

2025.11.12, 16:09
Urmulu bəhai fəal həbs edilib

Qərbi Azərbaycan əyalətinin Urmiya (Urmu) şəhərində islam dininin bəhai təriqətinə mənsub Venus Maqsudi adlı xanım fəal həbs edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məmurları Maqsudinin evinə hücum edib, evdə axtarəş aparıb, bir sıra şəxsi əşyaları müsadirə etdikdən sonra azərbaycanlı fəalı həbs ediblər.

Onun hara aparldığı və ittihamı barədəməlumat verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Ötən illər ərzində İranda dini azlıqlara qarşı təzyiqlərlə bağlı hesabatların 72%-i bəhailərlə bağlı hüquq pozuntularına aiddir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar