SON XƏBƏRLƏR

Amerika BMT TŞ-yə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib

2025.11.13, 11:21
Amerika BMT TŞ-yə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib

Amerika BMT Təhlükəsizlik Şurasında bir neçə ölkəyə Qəzza zolağında ən azı iki il müddətinə hərbi kontingentin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, u barədə mənbələrə istinadən “Axios” məlumat verib.

Qətnamə layihəsinin "Amerikaya və digər iştirakçı ölkələrə Qəzza zolağını idarə etmək və 2027-ci ilin sonuna qədər təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər verdiyi, lakin uzadılma ehtimalının da olduğu bildirilir.

Mənbələrdən biri sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunacağını bildirib.

Amerika qətnamə ilə bağlı daha sonra səsvermənin keçirilməsini və beynəlxalq qüvvələrin Qəzzada yerləşdirilməsinin yanvar ayına qədər başlamasını istəyir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar