SON XƏBƏRLƏR

"Politico": "Kiyev fevralda pulsuz qala bilər"

2025.11.13, 14:47
"Politico": "Kiyev fevralda pulsuz qala bilər"

Avropa İttifaqı öz daxilində Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi hesabına Kiyevə reparasiya kreditlərinin verilməsi barədə razılığa gələ bilməsə, artıq fevralda Ukraynanın büdcə vəsaiti ehtiyatları tükənəcək.

Gunaz.tv

Bu barədə "Politico" nəşri yazıb.

"Ukrayna 2026-cı ilə qədəm qoyanda maliyyə böhranı ilə üzləşəcək. Əgər Brüssel Rusiya Bankının Belçikadakı dondurulmuş aktivlərindən istifadə etməklə 140 milyard avro reparasiya kreditlərinin verilməsi ilə bağlı planı əngəlləməkdən əl çəkməsə, Ukrayna fevralda pulsuz qalacaq", - nəşr yazır.

Daha əvvəl "Politico" yazırdı ki, Ukraynada büdcənin maliyyələşdirilməsi ilə bağlı problemlər yalnız 2026-cı ilin aprelində yarana bilər. Məqalədə nəşrin öz proqnozunu dəyişdirməsinin səbəbi bildirilmir. Belçika oktyabrda dondurulmuş Rusiya aktivlərinin müsadirəsi təşəbbüsünü bloklayıb və digər səbəblərlə yanaşı, gələcəkdə Rusiyaya kompensasiyanı təkbaşına ödəmək məcburiyyətində qalmayacağına dair zəmanət tələb edib. Avropa İttifaqı ölkələrinin liderləri məsələni dekabrda növbəti sammitdə yenidən müzakirə etməyi planlaşdırırlar, lakin sammit yaxınlaşdıqca Aİ rəsmiləri ilə Belçika hökumətinin bu müşkül vəziyyətdən çıxa biləcəklərinə cüzi ümidlər qalır", - deyə nəşr yazır.

Amerika Kiyevə maliyyə dəstəyini dayandırdığına görə Aİ problemi müstəqil şəkildə həll etməli olacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar