Bu barədə Britaniyanın “The Guardian“ qəzeti mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan Amerika rəsmisi ilk növbədə qətnaməni əldə etmək lazım olduğunu bildirib. O əlavə edib ki, ölkələr qəbul olunmuş mətnləri görmədən öz üzərlərinə konkret öhdəliklər götürməyəcəklər.
Digər diplomatik mənbə isə Amerikanın beynəlxalq stabilizasiya korpusunda Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla Avropa ölkələrinin iştirakını mümkün hesab edir.
“The Guardian“ın məlumatına əsasən, təxminən 1500 britaniyalı və 1000 fransız hərbçisi partlayıcı maddələrin zərərsizləşdirilməsi və yolların minalardan təmizlənməsi missiyasına qoşula bilər.
Bundan əlavə, Vaşinqton Almaniya, Niderland və digər Şimali Avropa ölkələrinin sahə hospitallarının işini, logistikanı və kəşfiyyatı təmin etməsini istəyir.
C