SON XƏBƏRLƏR

3 ərəb siyasi fəalın edam hökmü təsdiqləndi

2025.11.15, 14:03
3 ərəb siyasi fəalın edam hökmü təsdiqləndi

İran Ali Məhkəməsi Əhvaz şəhərinin Şeyban həbsxanasında saxlanılan 3 ərəb siyasi məhbusun edam hökmünü təsdiq edib.

Gunaz.tv

Bununla bağlı Karun insan haqları təşklatı məlumat yayıb.

Məlumata görə, Fərşad Etimadifər, Məsud Camei və Əlirza Mərdasi adı siyasi məhbuslar "müharibə", "silahlı təşkilata üzv olmq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıblar.

İnsan haqları fəalları irəli sürülən ittihamların saxta olduğunu, məhbuslardan işkəncə altında məcburi etiraflar alındığını bildiriblər.

Onların bildirdiyinə görə, adı çəkilən siyasi məhbuslara vəkillə təmin olunmaq və özlərini müdafiə etmək hüququ verilməyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar