SON XƏBƏRLƏR

BMT-nin Məcburi Yoxaçıxmalar Komitəsi itkin düşmüş Azərbaycanlı fəal Hüseyn Rəhiminin işini araşdıracaq

2025.11.15, 14:03
BMT-nin Məcburi Yoxaçıxmalar Komitəsi itkin düşmüş Azərbaycanlı fəal Hüseyn Rəhiminin işini araşdıracaq

BMT-nin Məcburi Yoxaçıxmalar Komitəsi Qoşaçay (Miandoab) şəhərində yoxa çıxan Azərbaycanlı fəal Hüseyn Rəhiminin taleyinin araşdırılması məsələsinin iclasda qaldırılacağını və nəzərdən keçiriləcəyini açıqlayıb.

Gunaz.tv

Komitə 12 noyabrda İran İslam Respublikasının hakimiyyət orqanlarına Hüseyn Rəhiminin vəziyyəti ilə bağlı araşdırma aparılmasını və onun taleyinin müəyyənləşdirilməsini tələb edən məktub göndərdiyini açıqlayıb.

BMT-nin Məcburi Yoxaçıxmalar Komitəsi həmçinin Rəhiminin taleyinə bu ilin 26-27 fevral tarixləri arasında keçiriləcək 138-ci Baş Assambleyada baxacağını da bildirib.

Azərbaycanlı fəal Hüseyn Rəhimi ötən il sentyabrın 25-də Qoşaçaydakı bir kafenin qarşısında iki mülki geyimli şəxs tərəfindən qaçırılıb.

Ailəsi onun taleyi ilə maraqlansa da Qərbi Azərbaycan əyalətindəki qubernatorluq və digər təhlükəsizlik qurumları onu həbs etdiklərini təkzib ediblər.

Belə yoxaçıxmalar qurbanın həyatı və sağlamlığını ciddi təhlükə altına qoymaqla yanaşı, ailəsinə ağır psixoloji sıxıntılar yaradır və bu fundamental insan hüquqlarının açıq şəkildə pozulmasıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar