SON XƏBƏRLƏR

Britaniyada iranlı həbs edilib

2025.11.15, 15:09
Britaniyada iranlı həbs edilib

Britaniya polisi bu ölkədə mühacirətdə olan iranlını 15 yaşlı yeniyetmə qıza təcavüz etdiyinə görə həbs edib.

Gunaz.tv

Bununla bağlı Britaniya mediası məlumat yayıb.

Məlumata görə, miqrantlar üçün nəzərdə tutulan oteldə qalan Əmin Abedi Mofərred ötən ilin fevral ayında Oksforddakı Westgate ticarət mərkəzinin yaxınlığında bir məktəbli qıza təcavüz edib.

Ötən ay Oksfordun Kraven məhkəməsi 35 yaşlı cinayətkarı cinsi təcavüzdə günahkar bilərək onu 9 il 6 ay azadlıqdan məhrum edib.

Britaniya mediası iranlı caninin qıza başqa bir nəfərlə birlikdə təcavüz etdiyini yazıb, ancaq Abedi Mofərred hələ həbs olunmayan ortağının adını çəkməkdən imtina edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar