SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma - 4 nəfər həlak olub

2025.11.19, 13:33
İranda silahlı qarşıdurma - 4 nəfər həlak olub

İranın Sistan və Bəlucistan əyalətində silahlı qarşıdurma nəticəsində 4 nəfər həlak olub.

Gunaz.tv

Bununla bağlı Bəluç Fəallarının kampaniyası məlumat yayıb.

Məlumata görə, hadisə Zahidan rayonunun Məzari bölgəsində baş verib.

Bildirilib ki, İran hökumət qüvvələri SEPAH-ın yerli komandirlərinin yaxın adamları ilə səhvən silahlı qarşıdurmaya giriblər.

Nəticədə mahmud Brahuyi, İsmayıl Xarkuyi, Ümid Nurzehi və soyadı açıqlanmayan Hüseyn adlı şəxslər öldürülüb.

"Öldürülən şəxslər axtarışda olan şəxsləri həbs etmək üçün əməliyyat keçirdikləri zaman təhlükəsizlik və polis qüvvələri də hadisə yerinə gəlib və silahlıları səhvən axtarışda olan şəxslər hesab etdikləri üçün onlara atəş açıblar",- məlumatda bildirilib.

Qeyd olunub ki, hökumət ayın 16-ı gecə saatlarında baş verən uğursuzluğu ört-basdır etmək üçün öldürülən SEPAH üzvlərinin "silahlı oğru"lar olduğunu iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar