SON XƏBƏRLƏR

Trampa məktub yazmaq üçün Pezeşkiana Xamənei icazə verib- Kəvakəbian

2025.11.24, 15:49
Trampa məktub yazmaq üçün Pezeşkiana Xamənei icazə verib- Kəvakəbian

Prezident Məsud Pezeşkian ölkə rəhbəri Əli Xaməneinin icazəsi və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman vasitəsilə ABŞ prezidenti Donald Trampa məktub göndərib.

Gunaz.tv

Bunu İran parlamentinin keçmiş üzvü Mustafa Kəvakəbian "Əsre İran" saytına müsahibəsində deyib.

"Bin Salman ABŞ prezidentinə Vaşinqtona son səfəri zamanı bu mesajı çatdırıb və məktubda Pezeşian İranın ilkin şərt olmadan danışıqlara hazır olduğunu nəzərə çatdırıb",- iranlı siyasətçi iddia edib.

Qeyd edək ki, Səudiyyə mənbələri də məktubun alındığını təsdiqləyiblər, ancaq onun məzmunu ilə bağlı açıqlama verməyiblər. 

Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai, dünən mediaya verdiyi açıqlamada məktubun Amerika ilə vasitəçilik haqqında olmadığını iddia edib və yalnız Səudiyyə Ərəbistanı ilə ikitərəfli məsələləri ehtiva etdiyini söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar