SON XƏBƏRLƏR

ABŞ-da Pezekianın tərəfdarı həbs edilib

2025.11.25, 11:03
ABŞ-da Pezekianın tərəfdarı həbs edilib

ABŞ immiqrasiya polisi İrandakı islahatçı siyasi hərəkata yaxın siyasi fəal və Oklahoma Dövlət Universitetinin İranşünaslıq üzrə dosenti Vahid Abedini həbs edib.

Gunaz.tv

Bu haqda Universitetin Yaxın Şərq Araşdırmaları Departamentinin direktoru Coşua Lendis özünün X səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Abedini Vaşinqtonda keçiriləcək Yaxın Şərq Araşdırmaları Assosiasiyasının konfransında iştirak etməyi planlaşdırırdı. O, həbsindən dərhal sonra təcridxanaya köçürülüb.

Məlumata görə, Abedini ََABŞ-də ixtisaslaşmış peşə sahiblərinə verilən qeyri-immiqrant H1B iş vizası ilə yaşayıb.

O, islahatçı siyasi cərəyana yaxın şəxsdir və İranda keçirilən son prezident seçkilərində Məsud Pezeşkinın tərəfdar və təbliğatçılarından olub.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar