SON XƏBƏRLƏR

Təbrizdə hava çirkliliyi- Maskadan istifadə edin

2025.11.26, 14:39
Təbrizdə hava çirkliliyi- Maskadan istifadə edin

Təbriz şəhərində hava çirkliliyinin səviyyəsinin təhlükəli olaraq qalır və ciddi dəyişiklik qeydə alınmayıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, şəhərdə hava çirkliliyinin səviyyəsi səviyyəsi 171 mikroqram/kubmetr olmaqla bütün yaş qrupları üçün təhlükəlidir. 

Vərəndaşlardan, xüsusilə həssas yaş qrupuna aid olan şəxslərdən açıq havaya çıxmamaları istənilib.

Başqa şəxslərə isə açıq havada maskalardan istifadə etmək tövsiyə olunub.

Hava çirkliliyi səbəbindən noyabrın 25 və 26-ı Təbriz başda olmaqla, Şərqi Azərbaycan əyalətinin bir neçə şəhərində məktəblər, universitetlər və dövlət idarələri tətil edilib.

Qeyd edək ki, hava çirkliliyinin əsas səbəbi istifadəyə yararsız və köhnə avtomobillərin çoxluğu, həmçinin Təbriz İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar