SON XƏBƏRLƏR

Əyyub Nəsiri Şərqi Azərbaycan Radio və Televizyasının sədri oldu

2025.11.27, 13:46
Əyyub Nəsiri Şərqi Azərbaycan Radio və Televizyasının sədri oldu

Şərqi Azərbaycan əyalətinin Radio və Televizya Verilişləri Şirkətinin başçısı Əkbər Rzayi vəzifəsindən azad edilib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Rzayinin yerinə Əyyub Nəsiri təyin olunub.

Nəsiri bundan əvvəl Prezident Tədqiqatları və Sənədləri Baş Direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Əkbər Rzayinin işdən çıxarılması azərbaycanlıların ona qarşı kampaniya başlatmalarından iki həftə sonra baş verib.

Rzayi bir müddət əvvəl keçirilən iclasda Azərbaycan rəqsi və mədəniyyəti ilə bağlı xoşagəlməz ifadələr işlədib, bunun Azərbaycana aid olmadığını iddia edib.

Onun bu çıxışından sonra mədəni fəallar kampaniya başladıb və Əkbər Rzayinin tutduğu vəzifədən azad edilməsini tələb ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar