SON XƏBƏRLƏR

"Bloomberg": Avropa İttifaqı ABŞ-nin sülh planı üzrə danışıqların bir çox aspektlərindən xəbərsizdir

2025.11.29, 10:45
"Bloomberg": Avropa İttifaqı ABŞ-nin sülh planı üzrə danışıqların bir çox aspektlərindən xəbərsizdir

Avropa dövlətləri Ukraynada müharibənin başa çatdırılması ilə bağlı ABŞ təşəbbüsünün müzakirəsində yalnız məhdud formatda iştirak edirlər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, onların rolu epizodik qoşulma ilə məhdudlaşır və danışıqların əsas müddəalarına və detallara tam çıxışı nəzərdə tutmur.

Agentliyin məlumatına əsasən, Avropa tərəfdaşları ilə dialoq yalnız zəruri hallarda və konkret məsələlər üzrə aparılır. Bu, xüsusilə Vaşinqtonla eyni vaxtda razılaşdırılmalı olan mümkün təhlükəsizlik mexanizmlərinə aiddir.

"Bloomberg"in dəyərləndirməsinə görə, Avropa sülh planının hazırlanmasında tamhüquqlu iştirakçıdan çox, prosesin müşahidəçisi kimi qalır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar