SON XƏBƏRLƏR

Urmuda ictimai nəqliyyat çatışmazlığı yaşanır

2025.12.01, 13:00
Urmuda ictimai nəqliyyat çatışmazlığı yaşanır

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində ictimai nəqliyyat çatışmazlığı vətəndaşların narazılıqlarının artmasına səbəb olub.

Gunaz.tv

Bununla bağlı şəhər meriliyi məlumat yayıb.

Məlumata görə, hazırda şəhərin 250 yeni avtobusa ehtiyacı var.

Yerli mənbələrin bildirdiyinə görə, problemin həlli və yeni avtobusların alınması üçün vəsait ayrlmır.

Bu isə taksi xidmətlərinin də qanunsuz olaraq artmasına səbəb olub.

Mənbələrin sözlərinə görə, əlaqədar dövlət qutumları köhnə və istifadəyə yararsız avtobusların bərpa edilərək istifadəyə verilməsini tövsiyə edib:

"Bu isə köhnə avtobusların təmiri və yenidən qurulması üçün də büdcə ayrılmmadığına görə mümkün deyil".

Qeyd edək ki, Urmu şəhəri də İranda hava çirkliliyinə görə ilk yerlərdən birini tutur.

Bunun əsas amillərindən biri isə şəhərdə köhnə və istifadəyə yararsız avtobus və avtomobillərin çoxluğudur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar