SON XƏBƏRLƏR

İranda 10 milyon əlil var

2025.12.01, 16:16
İranda 10 milyon əlil var

Hal-hazırda ölkədə 10 milyon əlil şəxs olsa da, onlardan yalnız 1 milyon 645 min nəfəri rifah və reabilitasiya xdmətlərindən istifadə edə bilir.

Gunaz.tv

Bunu İran Rifah Təşkilatının rəhbəri Cavad Hüseyni deyib.

O, bu sahədəki infrastruktur və xidmətlərin bir milyon insan üçün nəzərdə tutulduğunu, ancaq başçılıq etdiyi təşkilatın tələbatın 10 qatı ilə qarşılaşdığını bildirib.

Rəsmi məlumatlara görə, hər il İranda yol qəzaları nəticəsində 40 mindən çox insan əlil olur və hər il baş verən təxminən 300 min qəzadan 2500-dən vətəndaş onurğa sütunu zədələnməsi ilə nəticələnir.

Eyni zamanda, hər il təxminən 30 min körpə əlil olaraq doğulur, bunların 40,7%-i genetik mənşəli olsa da, qalanları iqtisadi və ya ekoloji problemlərdən qaynaqlanır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar