SON XƏBƏRLƏR

"Qaçaq Nəbi" adlı türk tamaşası Təbrizdə səhnələşdirilir

2025.12.02, 12:36
"Qaçaq Nəbi" adlı türk tamaşası Təbrizdə səhnələşdirilir

"Qaçaq Nəbi" tamaşası üç aylıq intensiv məşqlərdən sonra və 100-dən çox sənətçinin iştirakı ilə 28 noyabrdan bəri Təbrizdəki 29 Bəhmən Mədəniyyət və İncəsənət Kompleksinin İqbal-Azər zalında səhnələşdirilir.

Gunaz.tv

Tamaşa Şəhram Əhmədinin rejissorluğu ilə ərsəyə gəlib.

Tamaşa haqqında düşüncələrini bölüşən Şəhram Əhmədi tamaşanın Azərbaycanın tarixi və folklor hekayələrinə əsaslandığını bildirib.

"Bu hekayələr bizim mədəniyyətimizin bir hissəsidir." - deyə o bildirib.

Rejissor tamaşanın 100 dəqiqə davam etdiyini bildirib.

Qeyd edək ki, tamaşanın səhnələşdirilməsi bir ay davam edəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar