SON XƏBƏRLƏR

Kənd təsərrüfatı naziri monopoliyadan gileyləndi

2025.12.10, 14:26
Kənd təsərrüfatı naziri monopoliyadan gileyləndi

Ölkədə zəruri məhsulların idxalı ilə məşğul olan bir neçə nəfərin sərvəti ABŞ prezidenti Donald Trampın sərvətindən bir neçə dəfə çoxdur.

Gunaz.tv

Bunu İranın kənd təsərrüfatı naziri Əlirza Nuri Qızılca deyib.

Onun sözlərinə görə, başçılıq etdiyi nazirlik zəruri malları idxal etməyə çalışdığına görə, monopolist idxalçılar və şirkətlərin şikayəti ilə üzləşib.

"Onlar bunu idxalatda paylarının azalmasına görə edirlər",- Əlirza Nuri Qızılca bildirib.

Qeyd edək ki, İran Mərkəzi Bankının məlumatına görə, bu ilin dövlət büdcəsində zəruri malların idxalı üçün 11 milyard avro güzəştli valyuta ayrılıb. 

SEPAH-ın nəzarətin və himayəsi altında olan şirkətlər və idxalatçılar isə həmin məbləğin əhəmiyyəti hissəsinin onlara ixtisas verilməsi üçün hökumətə təzyiq göstərirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar