SON XƏBƏRLƏR

Cəbəli də təsdiq etdi- F-35-lərin vurulması yalan idi

2025.12.11, 11:53
Cəbəli də təsdiq etdi- F-35-lərin vurulması yalan idi

12 günlük İran-İsrail müharibəsi zamanı İran Hava Hücumundan Müdafiə Qüvvələrinin F-35 təyyarələrini vurması barədə xəbər yalan idi və bunu yaymaqla bizi, ölkə televizyasını gözdən saldılar.

Gunaz.tv

Bunu Radio və Televizya Şirkətinin sədri Peyman Cəbəli deyib.

"Bu barədə yalan məlumatı hərbi rəsmilərdən biri bizə verdi və bunun yayılması radio və televizyanın etibarına ağır zədə vurdu",- o əlavə edib.

Cəbəli İran televizyasına baxanların sayının getdikc azaldığını və aparılan rəy sorğularına görə, hazırda ölkə vətəndaşlarının 63%-nin dövlət televizyasına baxmadıqlarını bildirib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurması zamanı İran mediası İsrailın F-35 qırıcılarının vurulduğunu və bir neçə pilotun, o cümlədən bir qadın pilotun əsir götürüldüyünü iddia etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar