SON XƏBƏRLƏR

Tramp: Ukraynada nizamlanma heç vaxt olmadığı qədər yaxındır

2025.12.16, 10:54
Tramp: Ukraynada nizamlanma heç vaxt olmadığı qədər yaxındır

Amerika Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsində nizamlanma heç vaxt olmadığı qədər yaxındır.

Gunaz.tv

Amerika lideri bunu Ağ Evdə çıxışı zamanı deyib.

“Düşünürəm ki, hazırda Ukraynada nizamlanmaya heç vaxt olmadığı qədər yaxınıq. Görək, nə etmək mümkün olacaq”, - Tramp qeyd edib.

Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı apardığını da bildirib.

Amerika liderindən son vaxtlar Rusiya prezidenti ilə birbaşa təmasın olub-olmadığı soruşulub. Tramp bu suala qısa şəkildə “hə” cavabını verib, lakin danışığın detalları barədə açıqlama verməyib.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar