SON XƏBƏRLƏR

Qarabağı könüllü tərk etmiş ermənilərin 26 mindən çoxu Ermənistan vətəndaşlığı alıb

2025.12.16, 12:37
Qarabağı könüllü tərk etmiş ermənilərin 26 mindən çoxu Ermənistan vətəndaşlığı alıb

Qarabağı könüllü tərk etmiş ermənilərdən 26 233 nəfəri Ermənistan vətəndaşlığı alıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Babken Tunyanın sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, daha 6 696 nəfər isə vətəndaşlıq üçün müraciət edib və onların müraciətləri baxılma mərhələsindədir.

“Bu günə qədər 26 233 nəfər vətəndaşlıq alıb, onlardan 16 919-u yetkin, 8 314-ü isə yetkinlik yaşına çatmayandır. Vətəndaşlıq üçün müraciət edən və ərizələri hələ də işlənmə mərhələsində olanların sayı 6 696-dır”, - Xaçatryan bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar