SON XƏBƏRLƏR

 Çin İran qarşısında yenidən BƏƏ-ni dəstəklədi

2025.12.16, 13:16
 Çin İran qarşısında yenidən BƏƏ-ni dəstəklədi

Çin bir daha BƏƏ-nin Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adaları ilə bağlı İranla mübahisəsində mövqeyini dəstəkləib.

Gunaz.tv

Bu haqda Çin xarici işlər naziri Vanq Yin 12-13 dekabr tarixlərində Əbu-Dabidə BƏƏ-li həmkarı Abdullah bin Zayid al-i Nəhyan ilə görüşündən sonra verdiyi açıqlamada bildirib.

"Çin "BƏƏ-nin Böyük Tunb, Kiçik Tunb və Əbu Musa məsələsini BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq ikitərəfli danışıqlar yolu ilə həll etmək üçün dinc səylərini" dəstəklədiyini bir daha bildirir- XİN başçının bəyanatmda deyilib.

Qeyd edək ki, bu ötən həftə Körfəz Əməkdaşlıq Şurasının adı çəkilən üç adanın işğalına son qoyması tələbi ilə çağırışından bir neçə gün sonraya təsadüf edir.

Həmin çaırış və bəyanatda Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər İran rəsmilərinin Bəhreyn Krallığının suverenliyini, Birləşmiş Ərəb Əmirliynin üç adadakı hüquqlarını və Səudiyyə Ərəbistanı və Küveytin Əl-Dürrə qaz yatağı üzərində birgə mülkiyyətini pozan açıqlamalarını pisləyiblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar