SON XƏBƏRLƏR

Urmu komandasının oyununda milli şüarlar səsləndirildi

2025.12.18, 11:33
Urmu komandasının oyununda milli şüarlar səsləndirildi

İran Voleybol Klubları Premyer Liqasının yeddinci həftəsinin oyunları çərçivəsində Urmunun "Şəhrdari" Komandası ilə "Təbiat-i İslamşəhr" komandasının oyunu keçirilib.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Dekabrın 17-də Urmunun Qədir (Durnalar yuvası) idman komplekində keçirilən görüş 3-0 Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.

Bununlada xallarını 15-ə çatdıran "Şəhrdari" komandası Voleybol Premyer Liqası cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qarşılaşma zamanı idman kompleksinə toplaşan azərbaycanlı tərəfdarlar 17 dekabr 1946-cı ildə Azərbaycan dilində kitabların yandırılmasının ildönümü münasibətilə şüarlar səsləndiriblər.

Onlar, Cənubi Azərbaycan Milli Hökumətnin devrilməsindən sonra Pəhləvi hakimiyyətinin Azərbaycanda törətdiyi mədəni soyqırıma etiraz olaraq "Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi" şüarları veriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar