SON XƏBƏRLƏR

İran və Rusiya arasında əməkdaşlıq güclənir- Əraqçı

2025.12.19, 11:33
İran və Rusiya arasında əməkdaşlıq güclənir- Əraqçı

İran və Rusiya arasında Strateji Tərəfdaşlıq Müqaviləsinə əsasən, iki ölkənin xarici işlər nazirlikləri ikitərəfli əməkdaşlığı və koordinasiyanı daha yüksək səviyyəyə qaldırmaq və təşkil etmək üçün üç illik yol xəritəsi barədə razılığa gəliblər.

Gunaz.tv

Bunu İranın XİN başçısı Abbas Əraqçı Moskvaya səfərinin sonunda özünün X səhifəsində yazıb.

Əraqçının sözlərinə görə, bu sıx əməkdaşlıq sanksiyalara və Təhlükəsizlik Şurasının hərəkətlərinə qarşı tədbir görmək imkanı yaradacaq. 

Bu, Rusiyanın Təhlükəsizlik Şurasının İrana qarşı bütün sanksiya qətnamələrinin lehinə səs verməsinə və məhz bu qətnamələrin son zamanlar tətik mexanizminin aktivləşdirilməsi ilə İrana qarşı yenidən tətbiq olunmasına baxmayaraq baş verir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar