SON XƏBƏRLƏR

"İsrail casusu" Urmuda edam ediləcək

2025.12.19, 15:49
"İsrail casusu" Urmuda edam ediləcək

12 günlük İran-İsrail qarşıdurması zamanı həbs edilən Əqil Keşavərz, edam qabağı hazırlıq üçün Urmu şəhərinin həbsxanasının təkadamlıq kamerasına köçürülüb.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, İsfahan şəhərindən olan 27 yaşlı tələbə, müharibə vaxtı Urmuya səfər etdiyi zaman SEPAH-ın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və "İsrailə casusluq"da günahlandırılıb.

Bildirilib ki, Əqil Kəşavərzlə son dəfə görüşmək üçün onun ailəsi Urmuya çağırılıb.

İnsan haqları təşkilatlarının sözlərinə görə, Əqil Keşavərzə qarşı irəli sürülən ittiham əsassızdır və o işkəncə altında saxta etiraf verməyə məcbur edilib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar