SON XƏBƏRLƏR

Britaniya Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyəcək

2025.12.20, 11:23
Britaniya Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyəcək

Böyük Britaniya Rusiyanın ölkə ərazisində dondurulmuş aktivlərini Ukraynaya yardım məqsədilə birtərəfli qaydada istifadə etməyəcək.

Gunaz.tv

Bu barədə Financial Times qəzeti hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, London bu qərarı Avropa İttifaqı sammitində oxşar təşəbbüsün uğursuzluğa düçar olmasından sonra verib.

Qərarın əsas səbəbi bank sektorunun hüquqi narahatlıqlarıdır. Maliyyə qurumları Moskva tərəfindən mümkün məhkəmə iddialarından, eləcə də Rusiyanın cavab tədbirləri halında dövlət zəmanətlərinin olmamasından ehtiyat edirlər.

Hökumət nümayəndəsinin sözlərinə görə, Böyük Britaniya “beynəlxalq tərəfdaşlar olmadan bu məsələ üzrə irəliləməyəcək”, lakin Ukraynanın maliyyələşdirilməsi məsələsində G7 və Aİ ilə sıx əməkdaşlığı davam etdirəcək.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar