SON XƏBƏRLƏR

SEPAH-ın Suriyada bazası aşkarlandı

2025.12.22, 16:29
SEPAH-ın Suriyada bazası aşkarlandı

Suriyanın İraqla sərhəd bölgəsində İranın gizli "İmam Əli" bazası aşkarlanıb.

Gunaz.tv

Bu haqda Suriyanın hərbi məlumatlar yayan "Qəle-yi Əlməziq" sosial media kanalı məlumat və video paylaşıb.

Bildirilib ki, 7 il əvvəl SEPAH tərəfindən inşa edilən baza, Bəşər Əsədin devrilməsindən sonra istifadəsiz qalıb.

“İranlılar və onlara bağlı "Fatemiyun" briqadası, İraq sərhədi yaxınlığında geniş və mürəkkəb tunel şəbəkəsi qurublar”,- məlumatda bildirilib.

Yayılan videoda nəqliyyat vasitələri ilə hərəkət edə bilən və Hizbullah-a silah qaçaqmalçılığı üçün əsas yol hesab edilən böyük tunellər göstərilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar