SON XƏBƏRLƏR

Ukrayna hərbçiləri iranlı muzdlunu əsir götürüb

2025.12.26, 11:06
Ukrayna hərbçiləri iranlı muzdlunu əsir götürüb

Ukrayna hərbçiləri Rusiya ordusu tərkibində döyüşən iranlı muzdlu 34 yaşlı Arəş Dərbəndini əsir götürüb.

Gunaz.tv

Bu haqda "United 24" məlumat yayıb.

İranın Əhvaz şəhərindən olan Dərbəndi, iş axtarmaq üçün Rusiyaya getdiyini, orada fptpqrafçılıq etdiyi zaman saxlanılaraq məcburi şəkildə müharibəyə göndərildiyini iddia edib:

"Məni həbs edərək hərbi bazaya aparıb və orada iki şərt qoydular: Ya 1 il müddətinə cəbhəyə gedirsən ya da 3-5 il həbs cəzasına məhkum olacaqsan! Mən birincini qəbul etməyə məcbur oldum".

Qeyd edək ki, bir müddət əvvəl Tehranda Rusiya ordusu tərkibində döyüşmək istəyən iranlıların cəlbi üçün elanlar yayılsa da, bu rəsmi şəkildə təsdiq olunmadı.

Arəş Bəndərinin əsir götürülməsindən sonra daha çox iranlının muzdlu olaraq Rusiya ordusu tərkibində Ukraynaya qarşı vuruşduğu barədə ehtimallar artıb.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar